Hörmətli ödəyici,

AzəriQaz və Azərsu Smart kartınızın balansını bizim sistem vasitəsi ilə artırmaq istədiyinizə görə Sizə təşəkkür edirik. Kartınızın balansını artırmaq üçün aşağıda göstərilənləri nəzərə almalısınız.

  1. Smart kart
  2. AzəriQaz üçün: Nəzərə alın ki, bu sistem vasitəsi ilə yalnız “İTRON” tipli smart kartların ödənişi mümkündür. Əgər kartınız “GULF” tipli sayğaca aiddirsə, onu rayonunuzun Qaz istismar sahəsinə müraciət edərək dəyişdirə bilərsiniz

    Azərsu üçün: Nəzərə alın ki, bu sistem vasitəsi ilə yalnız “ABŞERON SU SAYĞACLARI” tipli smart kartların ödənişi mümkündür. Xahiş edirik ki, ödənişdən öncə smart kartınızın tipini müəyyən edəsiniz.

  3. Kart rider
  4. Smart kartınıza ödəmə etmək üçün sizə kart rider lazımdır. Əgər kart rideriniz yoxdursa, onu GoldenShop-dan əldə edə bilərsiniz. Kart rideri almaq üçün xahiş edirik, həftənin iş günləri (bazar ertəsi - cümə), saat 10:00-dan 18:00-dək, şəxsiyyət vəsiqənizlə GoldenPay ASC-nin ofisinə yaxınlaşasınız (ünvan: Əhməd Rəcəbli küç. 1/6, Bakı, Azərbaycan. tel: (012) 510 17 13). Qeyd edək ki, bu kart riderlərdən həm də elektron imza üçün istifadə edə bilərsiniz.

  5. Internet Explorer
  6. Əgər Siz Internet Explorer istifadəçisisinizsə, “SmartCardReader” proqramını yüklədikdən sonra aşağıdakı mərhələlərdən keçmək gərəkdir:

    1. Internet Explorer brauzerinin ayarların üzərinə klikləyin.
    2. “Internet options”-ı seçin.
    3. “Security” bölməsində “Trusted Sites” seçib “Sites” düyməsnə klikləyin.
    4. “Trusted sites” bölməsindəki “Add this website to the zone” pəncərəsinə http://rest.goldenpay.az elavə edin və “Add” düyməsini klikləyib pəncərənin sonundakı “Close” düyməsini klikləyin.
    5. Sonda açıq qalan pəncərədə “OK” düyməsini klikləyin.
    6. Əvvəlki səhifəyə qayıdıb “Start” düyməsini klikləyin ki kartın oxunma prosesini başlamaq üçün “SmartCardReader” proqramı ışə salınsın.
  7. Java
  8. Kompyuterinizdə Java proqramı yüklənmiş olmalıdır. Əgər bu proqram yoxdursa, o zaman buraya tıklamaqla, onu yükləyin. (http://www.java.com/en/download/ie_manual.jsp?locale=en)

  9. Proqramın quraşdırılması
  10. Kart riderin smart kartı oxuması üçün “SmartCardReader” proqramı lazımdır. Proqramı yükləmək üçün aşağıda qeyd edilən mərhələlərdən keçmək lazımdır:

    1. Linki tıklayın və Arxivi yükləyin.
    2. Arxivin üzərində sağı klikləyib, “Extract Archive” seçib, qovluğa əlavə edin.
    3. İnstall.bat faylının üzərində sağı kilikləyib, “Run as Administrator” seçin və ya admin icazəsiylə (permission) işə salın.
    4. Əgər Firewall Java üçün şəbəkəyə giriş (network access) icazəsi tələb edirsə, təsdiq etmək lazımdır.

    Bəzən Windows əməliyyat sistemi kart riderinizi tanımaya bilər. Bu zaman kart riderin driverlərini də yükləmək məsləhətdir. Əgər kart rideriniz SCR3 brendidirsə, bu zaman bu linkə tıklayıb, onun driverini yükləyin. Əgər kart rideriniz Atena SCS brendidirsə, bu zaman 32-bitlik Windows əməliyyat sistemi üçün bu linkə, 64-Bitlik Windows əməliyyat sistemi üçün isə bu linkə tıklayıb, yükləməni həyata keçirin. Adətən Windows 7 və 8 əməliyyat sistemlərində bu driverlərə ehtiyac olmur.

    Apple Mac kompyuterləri üçün olan driverləri sizlərə tezliklə təqdim edəcəyik.

  11. Onlayn Ödənişlər
  12. Yuxarıda göstərilənləri həyata keçirdikdən sonra aşağıdakıları etməklə banka, ödəmə məntəqələrinə getmədən, ödəmələrinizi rahat həyata keçirə bilərsiniz:

    1. Kart-rideri kompyuterinizə USB-kabel vasitəsi ilə qoşun və əmin olun ki, o yeni cihaz kimi müşahidə olunur.
    2. Əmin olun ki, istifadə etdiyiniz internet-rabitə sabit çalışır və brauzerinizin pəncərəsində Hesab.az onlayn-ödəmələr portalının ünvanını daxil edin. Portala loqin və parol vasitəsi ilə daxil olun, qeydiyyatsız ödəmə üçün isə müvafiq istinaddan istifadə edin.
    3. Smart-kartı kart-riderə daxil edin, bu zaman kartın çip tərəfi yuxarı baxmalıdır.
    4. Bundan sonra, START düyməsinə tıklayın və smart-kartdakı məlumatların tam yoxlanmasını gözləyin.
    5. Artıq «AzəriQaz» və «AzərSu» ödənişinizi bank kartınızla edə bilərsiniz. Zəhmət olmasa, ödədiyiniz məbləği və bank kartınızın məlumatını daxil edin. Sonra növbəti səhifəyə keçin.
    6. Ödədiyiniz məbləğinin smart-kartın balansına yüklənməsi üçün mütləq aşağıda əks olunacaq START düyməsini tıklamalısınız və bu məbləğin yüklənmə prosesini sona qədər gözləməlisiniz!
    7. Monitorda «Ödəmə həyata keçmişdir. Təşəkkür edirik» yazısını gördüyünüzdən sonra kart-rideri kompyuterdən, smart-kartı isə kart-riderdən çıxara bilərsiniz.
    8. Yaranacaq hər hansı problemə görə cs@goldenpay.az elektron ünvanına müraciət edin.